Noyabrın 15-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətini dayandırıb və bu barədə UNESCO-nun baş direktoru, Fransanın keçmiş mədəniyyət naziri Odri Azuleyə ünvanlanan məktubunda məlumat verib.
"Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan növbəti süjetdə bildirilir.
“Mehriban Əliyeva bu vəzifədən imtina etməsini Vətən Müharibəsi nəticəsində Azərbaycan əraziləri erməni işğalından azad edildikdən sonra rayonlarda genişmiqyaslı bərpa işlərində iştirak etməsi ilə izah edib və bildirib ki, belə vəziyyətdə UNESCO-nun xoşməramlı səfiri vəzifəsinə lazımi diqqət yetirmək mümkün deyil. Bununla da Birinci vitse-prezident öz qərarında diplomatik etiketə riayət edərək bir az fərqli kontekstdə olsa da, Qarabağ motivinə eyham vurub. Əslində isə son illər UNESCO ətrafında cərəyan edən proseslərdən də göründüyü kimi, bu qərar təşkilatın Azərbaycana qarşı nümayiş etdirdiyi ikitərəfli yanaşmaya diplomatik etirazdır”, - deyə videomaterialda vurğulanır.
Daha ətraflı “Caliber”in yeni süjetində:
“Caliber”: “Əlvida, UNESCO...” – VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.