Fransa Parlamentinin aşağı palatası - Milli Assambleya yekdilliklə "Azərbaycanın Ermənistana təcavüzünün dayandırılması"nı tələb edən qərəzli qətnamə qəbul edib.
Qətnaməyə 256 deputat lehinə, 0 nəfər əleyhinə səs verib. Qətnamə layihəsinin həmmüəllifləri Fransa prezidenti Emmanuel Makronun "Renessans" partiyasının üzvləri olan deputatlardır.
Xatırladaq ki, daha əvvəl Fransa Senatı da Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı oxşar qətnamə qəbul etmişdi.
Tarixi keçimişi qara ləkələrlə dolu olan Fransanın Ermənistanı dəstəkləməsi də başa düşüləndir. Fransa regiondakı maraqlarını məğlub Ermənistan vasitəsilə təmin etməyə çalışır.
İkinci Qarabağ müharibsəi zamanı və ondan 30 il davam edən danışıqlar zamanı da Fransanın tutduğu qərəzli mövqe bəlli idi. Fransa hər zaman münaqişənin həllində maraqlı olmayıb.
Fransanın Azərbaycana qarş tutduğu qərəzli mövqeyi Trend-ə şərh edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Fransa onsuz da Azərbaycan və Ermənistan arasında vasitəçi olmaq rolunu sıfıra endirib.
Ətraflı
"Fransa Parlamentinin aşağı palatasının qəbul etdiyi sənəd növbəti qərəzli qətnamədir. Eyni zamanda bu sənədin praktiki də bir təsiri yoxdur. Yaranmış vəziyyətdə Fransa hökuməti Azərbaycana qarşı hər hansı sanksiyalar tətbiq etməyəcək.
Fransa müxətlif forumlarda, təşkilatlarda Azərbaycana qarşı addımlar atır, lakin Fransanın bu qərəzli siyasətinin heç bir effekti yoxdur.
Fransa sərgilədiyi bu qərəzli mövqeylə öz nüfuzuna, xüsusəndə bizim regiondakı nüfuzuna zərər gətirir", deyə F.Şəfiyev əlavə edib.
Daha əvvəl qəbul olunan qətnamə və Fransanın sərgilədiyi Azərbaycana təzyiq siyasəti heç bir nəticə vermədi. Fransa növbəti dəfə bu tip sənədi qəbul etməklə Azərbaycana təzyiqi artırmağı düşünür. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətinə, Azərbaycan xalqının iradəsinə Fransanın hər hansı qətnaməsi təsir etmək imkanına malik deyil.
Qanlı keçmişi ilə beynəlxalq aləmdə kifayət qədər mənfi nüfuzu olan Fransa nümayiş etdirdiyi ədalətsiz mövqe ilə nəyinki Azərbaycan və Ermənistan arasında, dünyada heç bir sülh prosesində vasitəçi ola bilməyəcəyini sübut edir. Humanizmi, ali dəyərləri sözdə bayraq edən fransızlar, əslində isə bu dəyərlər arxasında öz maraqlarını güdürlər.
Fransanın "erməni marağı" davam edir - Qərəzli qətnamələr Azərbaycanın siyasətinə təsir edə bilməz

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.