"Lavrovun Qarabağla bağlı açıqlamaları Moskvanın mövqeyində müəyyən korrektlər etdiyi təsəvvürünü formalaşdırır. Praqa sənədi (BMT Nizamnaməsi və Almatı bəyannaməsinə istinad) Qarabağın statusuna necə yanaşılacağına qərar verir, yəni Almatı bəyannaməsinə əsasən “Dağlıq Qarabağ Muxtar Vilayəti” birmənalı olaraq Azərbaycan SSR-in tərkibində idi və buna Bakı qərar verəcək. Bakı Qarabağ ermənilərinə Azərbaycanın digər vətəndaşlarının malik olduğu hüquqları verməyə hazırdır".
Bu sözləri siyasi şərhçi Asif Nərimanlı Rusiya XİN başçısı Sergey Lavrovun çıxışı barədə fikirlərini bildirərkən deyib.
"Rusiyanın baş diplomatı bununla mesaj verir ki, “Qarabağın statusu”nun olmamasına görə günahkar Ermənistan hakimiyyətidir və Lavrovun “Ermənistan rəhbərliyi son vaxtlar Qarabağın statusundan yox, Qarabağdakı erməni əhalinin hüquqlarının təmin edilməsindən bəhs edir” sözləri də bu fikri erməni cəmiyyətinə çatdırmağa hesablanıb.
Hərçənd, regional siyasətdə “Qarabağın statusunu” əsas rıçaqlardan biri kimi görən Rusiyanın mövqeyində müəyyən korrekt etməsi və Qarabağdakı ermənilərlə bağlı Bakının gündəliyinə yaxın çıxış etməsi diqqət çəkir:
Birincisi, sülh sazişi üzərində təşəbbüsü götürməyə çalışan Rusiya Qərbin (ABŞ-ın) Bakıya Qarabağla bağlı təklif etdiyi daha məqbul varianta yaxınlaşmaqla irəliyə çıxmaq istəyir;
İkincisi, Rusiya Ermənistanın Qarabağ üzərindən oynadığı oyunu qəbul etmir", - ekspert bildirib.
Onun sözlərinə görə, İrəvan sülh müqaviləsini imzalamaq, “Qarabağın statusu”nu Rusiyanın üzərinə qoymaqla həm Bakı və Moskvanı üz-üzə qoymaq, həm də məsuliyyəti ruslara yükləmək niyyətindədir. Moskva bundan imtina edir və Ermənistan hakimiyyətini günahlandırıb, Azərbaycanın gündəliyinə yaxın mövqe sərgiləməklə sülh sazişi ətrafında balansı xeyrinə dəyişməyə çalışır:
"Lakin rusların “Vardanyan planı” rəfə qaldırılmayıb və bəllidir ki, Bakının Qarabağdakı erməni əhalisi ilə təmaslarında bu kartı istifadə etməyə çalışacaqlar".
Lavrov Qarabağ açıqlaması nədən xəbər verir? - ŞƏRH

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.