Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Bakı Şəhər Baş Polis İdarəsinin rəisinə yeni köməkçi təyin edib.
Nazirin əmri ilə Qaradağ Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, polis polkovniki Oktay Süleymanlı vəzifəsindən azad edilib. O.Süleymanlı Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Əkbər İsmayılovun şəxsi heyət üzrə böyük köməkçisi təyin olunub.
Qeyd edək ki, O.Süleymanlı peşəkar karyerası dövründə daha çox Əkbər İsmayılovla birgə çalışıb. 2019-cu ildə Ə.İsmayılov Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi təyin edildikdən bir ay sonra Oktay Süleymanlı da Binəqədi RPİ-dəki müavin postundan çıxarılaraq Gəncənin rəis müavini təyin edilib. Həmin zaman O.Süleymanlı həm də "Gəncə hadisələri”ndə şəhid olan polis polkovniki İlqar Balakişiyevi əvəz edib.
Növbəti təyint zamanı Əkbər İsmayılov 2020-ci il noyabr ayında Gəncədəki vəzifəsindən azad edilərək Bakı polisinə rəis təyin edilib. Bundan bir ay sonra, dekabr ayında Oktay Süleymanlı da Gəncə polisindəki müavin vəzifəsindən çıxarılıb və Bakının Qaradağ Rayn Polis İdarəsində eyni vəzifəyə yeri dəyişdirilib.
Nazir Bakı polisinin rəisinə yeni köməkçi təyin etdi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.