Dekabrın əvvəli ilk öncə Laçın yolu, daha sonra isə bölgədəki qızıl mədənləri ətrafında cərəyan edən hadisələr, daha doğrusu bu hadisələrlə bağlı Azərbaycan ərasizində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlılarının davranışları mühüm bir məsələni aktuallaşdırdı. Bu kontingentin funksiyası nədən ibarətdir və onların səlahiyyətləri hansı sənəddə öz əksini tapıb?
Bu barədə “Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan yeni süjetində bildirilir.
“Gəlin Rusiya Sülhməramlı Kontingentinin ölkəmizdə necə peyda olmasını yada salaq. Heç kəs üçün sirr deyil ki, onların Qarabağa doğru istiqamətlənməsi hələ 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən üçtərəfli bəyanatın imzalanmasından daha öncə başlayıb. Əgər tərəflər hələ müvafiq sənədə imza atmamışdılarsa, o zaman Rusiya öz hərbi kontingentinin ölkə sərəhədlərimizə doğru hərəkətini hansı əsasla başlayıb?”, - deyə videomaterialda qeyd olunur.
Daha ətraflı “Caliber”in süjetində:
“Caliber”: Rusiya sülhməramlıları öz üzərilərinə həddən artıq “yük” götürmürlər ki? – VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.