“Hamımıza məlumdur ki, 44 günlük müharibə Şuşanın azadlığı ilə başa çatdı. Şuşanın azad edilməsi Prezidentin xüsusi tapşırığı ilə baş tutdu”.
“Report” xəbər verir ki, bu fikirləri Türkiyə Prezident Administrasiyasının Milli Kitabxanasında Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimat mərasimində iştirak edən Azərbaycan müdafiə naziri Zakir Həsənov bildirib.
Z.Həsənov Şuşa əməliyyatları ilə bağlı xatirələrini bölüşüb: “Biz hər səhər hərbi əməliyyatlarla bağlı Prezidentə məruzə edirdik. Şuşa əməliyyatı başlamazdan öncə mən bütün sənədləri toplayıb planımız haqqında məlumat verdim. Hərbi vasitələrlə hansı ərazilərin vurulacağı haqqında danışarkən, Prezident etiraz edərək dedi ki, bunları bir tərəfə qoy, çünki Şuşa bizim şəhərimizdir, tarixi abidələr, binalara ziyan vurmamalıyıq və yüngül silahlardan istifadə olunmalıdır”.
Nazir deyib ki, Prezidentin göstərişi ilə Şuşa xüsusi təyinatlı qüvvələrin hərbi əməliyyatı nəticəsində azadlığına qovuşub: “Axşam saat 8, 9 radələrində artıq Şuşanın azad olunması haqqında Prezidentə telefonla məlumat verdim, dövlət başçısı da Azərbaycan Ordusunu təbrik etdi”.
Müdafiə naziri: "Şuşanın azad edilməsi Prezidentin xüsusi tapşırığı ilə baş tutdu"

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.