YEVLAXDA 1-Cİ QARABAĞ MÜHARİBƏSİNİN ŞƏHİDİ DƏFN EDİLDİ - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

YEVLAXDA 1-Cİ QARABAĞ MÜHARİBƏSİNİN ŞƏHİDİ DƏFN EDİLDİ

Birinci Qarabağ döyüşləri zamanı itkin düşərək Şəhid olmuş Məmmədov Tərlan Fikrət oğlunun nəşi 7 fevral 2025-ci il tarixdə Yevlax şəhər Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində Şəhid ailələrinin üzvləri, Yevlax şəhər İcra Hakimiyyəti, millət vəkilləri, YAP Yevlax Rayon Təşkilatı, hüquq-mühafizə orqanlarının nümayəndələri, qazilər, veteranlar, rayonun bütün idarə və müəssisələrin işçiləri, media nümayəndələri və rayon ictimaiyyəti iştirak ediblər.
Dəfn mərasimində əvvəlcə dövlət himni səsləndirilib və daha sonra havaya atəşlər açılıb. Şəhidlərimizin ruhlarına dualar oxunduqdan sonra üçrəngli ay-ulduzlu Azərbaycan bayrağına bükülmüş Şəhid Məmmədov Tərlan Fikrət oğlunun nəşi torpağa tapşırılıb. Sonda üçrəngli, ay-ulduzlu Azərbaycan bayrağı şəhidin ailəsinə təqdim edilib.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin.

  • Related Posts

    Whatsappda yazın
    salam
    Scan the code
    Salam👋!
    Sizə necə kömək edə bilərik?