![](https://xia.az/wp-content/uploads/gk8GGBNSoH7MZBoRXoUjUEfOmcE5lORf8ERr3iMn_1200.webp)
Ermənistanda məhkəmə Qarabağdakı keçmiş separatçı rejimin keçmiş komandanı Cəlal Harutyunyanı 5 il 5 ay müddətinə həbsə məhkum edib.
Xia.Az bu barədə “Sputnik” Ermənistana istinadən xəbər verib.
Qeyd edək ki, Cəlal Harutyunyanın məhkəməsi Sünikdə baş tutub.
Prokurorlar Cəlal Harutyunyan üçün 6 il həbs istəmişdilər.
44 günlük müharibədə ölən əsgərlərin valideynləri isə müttəhimin 8 il həbs edilməsinə israr edirdilər.
Məlumat üçün əlavə edək ki, C.Harutyunyanın ittiham edildiyi epizodlar əsasən 44 günlük müharibə zamanı separatçı ordunun “əks-hücum əməliyyatlarının” uğursuzluqla nəticələnməsi ilə bağlıdır.