Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Şəhidin ailəsinə məxsus “KİA” qəzaya düşdü – Yaralılar var

Posted on 22 Dekabr 202522 Dekabr 2025 By admin

Ağcabədidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, “KİA” markalı avtomobil “VAZ-2106” markalı maşınla toqquşub. Baş verən qəzada “VAZ”da olan 74 yaşlı Əhmədov Əli Bayramqulu oğlu müxtəlif dərəcəli xəsarət alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

“KİA” markalı avtomobildə olan Həsənova Aynur Mahir qızının xəsarətləri yüngül olduğundan ilkin yardım edilib, müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, “KİA” markalı avtomobil 44 günlük Vətən müharibəsi şəhidi Məqsəd Həsənovun ailəsinə məxsusdur və xəsarət alan A.Həsənova şəhidin bacısıdır.

Faktla bağlı araşdırma aparılır.

Fotoda: Məqsəd Həsənov

Hadisə

Yazı naviqasiyası

Previous Post: DİM imtahan nəticələrini açıqladı
Next Post: “KamAz”la minik maşını toqquşdu – Xəsarət alan var
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme