Elmar Baxşıyev istefaya göndərildi

0b7a0aa882d7e846af2ed6b0d20a8869_Untitled-1

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev klubdan ayrıldığını təsdiqləyib.

Bu barədə “Report”a 45 yaşlı mütəxəssis özü məlumat verib.

“Bəli, bugünkü iclasda yollarımızı ayırdıq. Bu, futboldur, İnşallah, hər iki tərəf üçün xeyirlisi olar”, – deyə o bildirib.

Qeyd edək ki, Elmar Baxşıyev ötən ilin aprelindən “Araz-Naxçıvan”ı çalışdırırdı.