Xanyurdu sakini: “Öz gözəl yurduma beş nəvəmlə qayıdıram”
“Dünən dövlətimizin başçısının doğum günü idi. Onu bu münasibətlə təbrik edirəm. Ordumuzun başında dayanmaqla, siyasi həmlələrlə bizi doğma torpaqlarımıza qaytarır, çox sevinirik. Prezidentimizə uzun ömür, cansağlığı arzulayıram”.
Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Xocalı rayonunun Xanyurdu kəndinə köç edən Nəsibə Məhər qızı Əhmədova deyib.
O bildirib ki, 16 yaşından doğma yurdundan köçkün düşüb:
“İndi 51 yaşında öz gözəl yurduma beş nəvəmlə qayıdıram”.