Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

16 yaşına çatmayan qızı qaçıran şəxs məhkəmə zalında həbs edildi

Posted on 26 Dekabr 202526 Dekabr 2025 By admin

Şirvan Apellyasiya Məhkəməsində on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmədə təqsirləndirilən Lətif Əkbərovun (adı və soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Xia.Az Pravda.az-a istinadla xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan edilib.Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.İttihama görə, 1994-cü il təvəllüdlü Lətif Əkbərov 2024-cü il yanvarın 12-dən iyulun sonunadək qardaşının Beyləqan rayonundakı evində yetkinlik yaşına çatmamış, yəni on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan 2009-cu il təvəllüdlü, zərərçəkmiş S.S. ilə onun razılığı ilə təbii yolla cinsi əlaqədə olub.O, məhkəmə ifadəsində bildirib ki, cinayət işində zərərçəkmiş kimi tanınan S.S. hazırda onun həyat yoldaşıdır. Zərərçəkmiş şəxsi ailə qurmaq məqsədilə qaçırıb və hazırda onların 2025-ci ildə anadan olan uşaqları var.Beyləqan Rayon Məhkəməsinin hökmü ilə ona altı ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub və məhkəmə iclas zalında dərhal həbsə alınıb.

Kriminal

Yazı naviqasiyası

Previous Post: Vəfa Şərifovanı təhqir edən qadınla bağlı QƏRAR
Next Post: Ölkə ərazisində 10 dərəcəyədək şaxta qeydə alınıb.
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme