Qəbələdə qəza nəticəsində xəsarət alan sürücülərin SON VƏZİYYƏTİ AÇIQLANDI

MROwdmBFHs3Jh8oDn3OpQ1dcDdgyjCBmsQ7CDbS6_1200

Qəbələdə baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

Qəbələ Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-a verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan şəxslərin vəziyyəti orta ağır qiymətləndirilir.

“Dekabrın 25-i saat 13:00-da Qəbələ rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə iki nəfər (kişi) Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1956-cı il və 1969-cu il təvəllüdlü şəxslərə bel fəqərələrinin sınığı, baş, əl və diz nahiyələrinin açıq yaraları, döş qəfəsinin travması diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti orta ağır qiymətləndirilən 1956-cı il təvəllüdlü pasiyentin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir. 1969-cu il təvəllüdlü şəxsin vəziyyəti orta ağır qiymətləndirilir, müalicəsi Reanimasiya şöbəsində davam etdirilir”, – deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Qəbələdə iki minik avtomobili toqquşub, nəticədə hər iki maşında olan sürücülər xəsarət alıblar.