Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Azərbaycana “uşaq oyuncaqları” adı ilə başqa mallar gətirmək istədilər

Posted on 27 Dekabr 202527 Dekabr 2025 By admin

“Uşaq oyuncaqları” adı altında gətirilən malların içindən bəyan olunmayan müxtəlif adda məhsullar aşkar edilib.

Xia.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Bildirilib ki, Bakı Baş Gömrük İdarəsi “Abşeron” gömrük postunda Çin Xalq Respublikasından gətirilən yüklərə gömrük baxışı zamanı gömrük bəyannaməsində “yumşaq oyuncaq” kimi qeyd edilən yükün içərisində faktiki olaraq gömrük qanunvericiliyi pozulmaqla digər malların gətirildiyi müəyyən olunub.

“Nəzarət və eyniləşdirmə prosedurları zamanı gömrük orqanına bəyan edilməyən müxtəlif adda məişət əşyaları, idman malları, dəftərxana ləvazimatları və digər məhsullar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır”, – məlumatda qeyd olunub.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Dələduzluq edən Mingəçevirli “şəhid xanımı”na HÖKM OXUNDU
Next Post: Daxili işlər naziri Qubada qəbul və sıra baxışı keçirəcək
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme