Bakıda marşrut avtobusları toqquşdu – Xəsarət alan var

1308941

Paytaxtda marşrut avtobuslarının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Xia.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Nizami rayonu Qara Qarayev prospektində iki avtobus və iki minik avtomobili bir-biri ilə toqquşub.

Nəticədə 1 və 12 saylı müntəzəm xətlər üzrə hərəkət edən avtobuslara, eləcə də avtomobillərə ciddi zərər dəyib. 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.