Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Misir Mərdanov vəzifəsini itirdi

Posted on 28 Dekabr 202528 Dekabr 2025 By admin

Sabiq təhsil naziri Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsindən uzaqlaşdırılıb.

Xia.az “Editor.az”a istinadla xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, İdarəetmə Sistemləri İnstitutu ilə Riyaziyyat və Mexanika İnstitutu ləğv edilərək, onların bazasında vahid Riyaziyyat İnstitutu yaradılıb.

Məlumata görə, yeni yaradılmış instituta direktor əvəzi vəzifəsinə texnika elmləri doktoru Elxan Səbziyev təyin edilib. Bununla da, ləğv olunan Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov vəzifəsini itirmiş olub.

Onunla yanaşı, keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da vəzifə ilə vidalaşıb.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Sabah bu ərazilərdə qaz olmayacaq
Next Post: Bakıda marşrut avtobusları toqquşdu – Xəsarət alan var
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme