Ağdaşda avtomobil hasara çırpıldı: Sürücünün vəziyyəti açıqlandı
Ağdaş rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.
Ağdaş Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 28-də saat 18:30-da bir nəfər (kişi) Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
“2003-cü il təvəllüdlü şəxsə sağ qaşüstü nahiyənin və başın təpə nahiyəsinin cırılmış, kəsilmiş yaraları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Müalicəsi Reanimasiya şöbəsində davam etdirilən şəxsin vəziyyəti orta ağır qiymətləndirilir”, – deyə məlumatda bildirilir.