Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Gəlinini doğrayıb zibil qutusuna atan qayınata yenidən hakim qarşısında

Posted on 29 Dekabr 202529 Dekabr 2025 By admin

4231A-A+

Bakıda 32 yaşlı gəlinini qətlə yetirdikdən sonra meyiti parçalara bölərək zibil qutusuna atan qayınata – İdris Məhərrəmov barəsindəki qərardan yenidən kassasiya şikayəti verib.

Xia.Az Pravda.az-a istinadən xəbər verir ki, Ali Məhkəməyə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyir.

Hazırda şikayət hakim Zaur Hüseynovun sədrliyi ilə araşdırılır.

Qeyd edək ki, 2021-ci il yanvarın 27-də paytaxtın Nəsimi rayonu Ə.İsgəndərov küçəsində məişət tullantıları qutularında hissələrə ayrılmış 30-35 yaşlı qadın cəsədinin olması barədə Daxili İşlər Nazirliyinin “102 – Zəng Mərkəzi”nə məlumat daxil olub.

Araşdırmalarla məlum olub ki, 32 yaşlı Banu Məhərrəmova Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki yaşadıqları evdə qısqanclıq zəminində qayınatası, Babək rayon sakini İ.Məhərrəmov tərəfindən qətlə yetirilib. Daha sonra meyiti doğranaraq Nəsimi rayonunda yerləşən zibil qutusuna atılıb.

İdris Məhərrəmov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi İdris Məhərrəmovun apellyasiya şikayətini təmin etməyib. Ali Məhkəmədə şikayətə baxılarkən elan edilib ki, təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürüb.

Kriminal

Yazı naviqasiyası

Previous Post: Prokuror iş yoldaşını öldürən şəxsə ağır cəza istədi
Next Post: Gizir və miçmanlar üçün həqiqi hərbi xidmətdə olmanın müddəti artırılıb
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme