Yevlax polisinin Yeni il ərəfəsində nümunəvi xidməti

WhatsApp Image 2025-12-30 at 16.35.43

Xia.az xəbər verir ki, Yeni il bayramı ərəfəsində Yevlax rayonunda ictimai asayişin və təhlükəsizliyin təmin olunması istiqamətində polis əməkdaşları tərəfindən yüksək peşəkarlıqla tədbirlər həyata keçirilir. Görülən operativ tədbirlər nəticəsində rayon ərazisində hər hansı pirotexniki vasitələrə, partlayıcı maddələrə və ya təhlükə yarada biləcək hallara rast gəlinmir.

Bu uğurlu xidmət Yevlax polisinin vətəndaşların təhlükəsizliyinə verdiyi önəmin bariz nümunəsidir. Xüsusilə uşaqların sağlamlığının qorunması, eləcə də əhalinin bayram günlərini sakit və səs-küysüz şəraitdə keçirməsi baxımından görülən işlər yüksək qiymətə layiqdir. Polis əməkdaşlarının vaxtında və məsuliyyətli fəaliyyəti nəticəsində rayonda ictimai asayiş etibarlı şəkildə təmin olunur.

Eyni zamanda, Yevlax Rayon Polis Şöbəsinin Yol Patrul Xidməti əməkdaşları da daim xidmət başında olaraq Yol hərəkətinin təhlükəsizliyinin qorunması, sürücülər və piyadalar arasında maarifləndirmə işlərinin aparılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Ümumilikdə, Yevlax polisinin daim göstərdiyi fədakar xidmət rayon sakinləri tərəfindən razılıqla qarşılanır. Bu nümunəvi fəaliyyət polis-vətəndaş əməkdaşlığının nə qədər vacib və səmərəli olduğunu bir daha sübut edir.


Yevlax polisinin məsuliyyətli və peşəkar xidməti təqdirəlayiqdir.