Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Ucarda baş vermiş qəzada yaralanan qadın vəfat edib.

Posted on 02 Yanvar 202602 Yanvar 2026 By admin

Ucarda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti məlum olub.

Oxu.Az-ın sorğusuna cavab olaraq Ucar Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, dekabrın 31-də saat 11:10-da Ucar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə üç nəfər (2 kişi, 1 qadın) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.

“Onlara qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin travması, açıq yaraları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilən 1964-cü il təvəllüdlü (qadın) pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilib.

Göstərilən zəruri reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 2 yanvar 2026-cı il tarixində saat 07 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə təhvil verilib” – deyə məlumatda vurğulanıb.

Hadisə

Yazı naviqasiyası

Previous Post: Yaşayış evinde partlayış olub: Ev sahibi xəsarət alıb.
Next Post: “Oğlum öləndə şəhid analarından üzr istədim” – Məktəb direktoru göz yaşlarını saxlaya bilmədi
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme