Xalça Muzeyinin şöbə müdiri vəfat etdi

3ff5a29fb55e6c92ee1edeb99d11026b_Untitled-1

Azərbaycan Milli Xalça Muzeyinin kollektivinə ağır itki üz verib.

Xia.az Qaynarinfo-ya istinadən xəbər verir ki, muzeyin Mədəniyyət və təhsil şöbəsinin müdiri Aygün Abasova yanvarın 1-i 57 yaşında vəfat edib.

Qeyd edək ki, A.Abasova muzey sahəsində peşəkar fəaliyyətinə görə 2017-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.