Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı proqramına 2026-cı ildə 3.7 milyon manat ayrılacaq.

Posted on 05 Yanvar 202605 Yanvar 2026 By admin

Xia.Az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı proqramı üzrə 2026-cı ildə daha 100 təhsil qrantı nəzərə alınmaqla, ümumilikdə 282 təhsil qrantının maliyyə təminatı üçün isə 3.7 milyon manat vəsait nəzərdə tutulub.

Həmçinin, bu il 11 min nəfərədək təhsilalanı əhatə edəcək uğurlu peşə təhsili müəssisələrinin mərhələli şəkildə adambaşı maliyyələşmə sisteminə keçirilməsinə 30.7 milyon manat vəsait ayrılacaq.

Bildirilib ki, 2026-cı ildə dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsilalanların sayının 5210 nəfər artaraq 150 102 nəfər, təqaüd alanların sayının isə 7 520 nəfər artaraq 121 280 nəfər olacağı gözlənilir.

Bu ilin dövlət büdcəsində dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi və təhsil sahəsində digər tədbirlər üçün 616 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2025-ci illə müqayisə-də 47.8 milyon manat çoxdur. Həmin vəsaitin 412 milyon manatını təhsil xərcləri, 177 milyon manatını təqaüd xərcləri, 27 milyon manatını isə təhsil sahəsində digər tədbirlər üzrə xərclər təşkil edəcək.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Omanda səfərdədir
Next Post: İlham Əliyev: “Azərbaycanda bu gün hər kəs mədəni özünüifadə imkanlarına malikdir”
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme