Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Sumqayıt şəhərində iki nəfər dəm qazından zəhərlənib.

Posted on 05 Yanvar 202605 Yanvar 2026 By admin

Xia.Az “Teleqraf”a istinadla xəbər verir ki, hadisələr şəhərin müxtəlif ərazilərində qeydə alınıb.

Belə ki, “Ceyranbatan bağları” adlanan ərazidə yerləşən fərdi evdə 1960-cı il təvəllüdlü Qənirə Kərəm qızı Yusifova hamam otağında dəm qazından zəhərlənib. Zərərçəkən Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Digər hadisə isə “Tuq zavod” adlandırılan ərazidə yerləşən fərdi evdə qeydə alınıb. 1968-ci il təvəllüdlü Təranə Səməndər qızı Quliyeva hamam otağında dəm qazından zəhərlənib.

Faktlarla bağlı araşdırma aparılır.

Hadisə

Yazı naviqasiyası

Previous Post: Oğuzda qəzaya düşənlərin SON VƏZİYYƏTİ açıqlandı
Next Post: Ərəstun Oruclunun məhkəməsi başlayıb
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme