Mingəçevirdə xəstəxanaya müayinəyə gələn Ağdaş sakini qəfildən ölüb.

download

Xia.Az “Teleqraf”a istinadən xəbər verir ki, hadisə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında qeydə alınıb.

1978-ci il təvəllüdlü Ağdaş rayon sakini Fizuli İbadovun müayinə üçün gəldiyi xəstəxananın dəhlizində qəfildən halı pisləşib və huşunu itirib.

Həkimlərin cəhdlərinə rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.