Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Qida Təhlükəsizliyi Agentliyində yeni TƏYİNAT

Posted on 06 Yanvar 202607 Yanvar 2026 By admin

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin əmri ilə Elmar Allahverdiyev qurumun Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri – respublikanın baş dövlət fitosanitar müfəttişi təyin edilib.

Bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, E.Allahverdiyev aqrar elmlər üzrə fəlsəfə doktorudur. Milli tərəvəz, kartof sortlarının, onların gen bankının yaradılması, müasir aqrotexnologiyaların tətbiqi üzrə bir sıra işlərin həyata keçirilməsinə rəhbərlik edib.

O, əmək fəaliyyətinə 2011-ci ildə başlayıb. Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunda mexanik, böyük laborant, təsərrüfat işləri üzrə qrup rəhbəri, təsərrüfat işləri və istehsalat üzrə direktor müavini vəzifələrində çalışıb.

E.Allahverdiyev 2018-ci ildən institutun İdarə heyətinin sədri vəzifəsində çalışıb. İnstitutda müasir laboratoriya, seleksiya və toxumçuluq sisteminin yaradılmasına rəhbərlik edib.

Qida Təhlükəsizliyi Agentliyində yeni təyinat olub

Yeni təyinat

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Əsgər ölümü faktına görə həkim məsuliyyətə cəlb olunub
Next Post: Müdafiə Nazirliyinin sabiq rəisinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme