Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

“Sosial eksperiment” adı altında dələduzluq etdi, saxlanıldı

Posted on 07 Yanvar 202608 Yanvar 2026 By admin

Abşeron rayonu ərazisində bir nəfər üzləşdiyi qeyri-adi dələduzluq hadisəsi ilə bağlı polisə müraciət edib.

Xia.az xəbər verir ki, zərərçəkən bildirib ki, naməlum şəxs Xırdalan şəhərində ona yaxınlaşaraq ehtiyacı olduğu üçün ondan 1 manat istəyib.
Pulu verdikdən sonra isə zərərçəkənin cibində xeyli miqdarda maddi vəsait olduğunu görən həmin şəxs sosial eksperiment apardıqlarını bildirib. O, veriliş üçün bir qədər də pul lazım olduğunu və çəkilişdən sonra geri qaytaracağını deyib. Bu yolla zərərçəkənin 1350 manatını alaraq ələ keçirib.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 27 yaşlı Elvin Əvəz oğlu Mehdiyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

Kriminal

Yazı naviqasiyası

Previous Post: Azərbaycanın beş gəmisinin sanksiyaya məruz qalması ilə bağlı apellyasiya müraciəti hazırlanıb
Next Post: “Çörəkçi”nin çörəyinin içindən zibil çıxdı – FOTO
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme