Goranboyda piyada ölümü ilə nəticələnən qəza
Xia.az xəbər verir ki, hadisə rayon ərazisində baş verib.
Hərəkətdə olan “VAZ-2107” markalı avtomobil Kəlbəcər rayon sakini, hazırda Goranboyda yaşayan 1947-ci il təvəllüdlü E. Həsənovu vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.