Qusarda maşın vuran məktəblilərin son vəziyyəti açıqlanıb.

MROwdmBFHs3Jh8oDn3OpQ1dcDdgyjCBmsQ7CDbS6_1200

Qusar şəhərində maşın vuran məktəblilərin son vəziyyəti açıqlanıb.

Oxu.Az-ın sorğusuna cavab olaraq Qusar Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, yanvarın 13-də, saat 14:00-da Qusar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsində yaralanmış iki nəfər (qadın cinsli) Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“2009-cu il və 2010-cu il təvəllüdlü pasiyentlərə qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin əzilməsi diaqnozları qoyulub və zəruri tibbi xidmətlər göstərilib.

Hər iki pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir”, – deyə məlumatda qeyd olunub.