Yasamalda avtomobil alışdı: Sıxlıq yarandı

iY02k1fBNMDPtqeZ17UOzFqDHPe1Ii3uucIKoLir_1200

Yasamal rayonu, Tbilisi prospekti ilə Azər Əliyev küçəsinin kəsişməsində nəqliyyat vasitələrinin birində yanğın hadisəsi baş verib.

Xia.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, hadisə səbəbindən metronun “20 Yanvar” stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Yasamalda avtomobil alışdı: Sıxlıq yarandı