Tərtərdə evdən oğurluq edən qardaşlar saxlanılıblar

IMG-20260114-WA0023

Xia.az xəbər verir ki, Tərtər Rayon Polis Şöbəsinə şəhər ərazisindəki evlərin birindən oğurluq edildiyi barədə məlumat daxil olub.Keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd olunan əməli törətməkdə şübhəli bilinən, rayon sakinləri – əvvəllər məhkum olunan Şirxan Misirov və qardaşı Ələsgər saxlanılıblar. Onların məişət əşyaları oğurlamaqla zərərçəkənə maddi ziyan vurduqları müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.