“Xankəndi” klubunun yeni baş məşqçisi açıqlanıb

BxtRFKkUj5439g4x8rTItQgIfJU56wiWd7U2unNR_600

Azərbaycan II Liqasında çıxış edən “Xankəndi” futbol klubu baş məşqçi vəzifəsinə yeni təyinatını rəsmən elan edib.

Bu barədə  klubdan məlumat verilib.

Komandanın yeni baş məşqçisi 42 yaşlı yerli mütəxəssis Zaur Hacıyev olub.

UEFA-nın B kateqoriyalı məşqçi lisenziyasına sahib olan mütəxəssis uzun illər “Qəbələ” Futbol Akademiyasında fəaliyyət göstərib, müxtəlif yaş qrupları ilə ölkə çempionatlarında uğurlar qazanıb və U-19 komandası ilə Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edib.

Qeyd edək ki, Zaur Hacıyev son olaraq “Karvan-Yevlax”da köməkçi məşqçi kimi çalışıb.

Xankəndi klubunun yeni baş məşqçisi açıqlanıb