Milli Qəhrəman Şahin Tağıyevin cənazəsi Azərbaycana gətirildi

5R4XfHG1VK6l5kcvyR4oPpzwxCwtLPNGIFVGvW29_1200

Azərbaycanın Milli Qəhrəmanı, İsveç Krallığının Malmö şəhərində vəfat edən Şahin Tağıyevin cənazəsi Azərbaycana gətirilib.

Xia.Az xəbər verir ki, cənazə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə vətənə gətirilib.

Qeyd edək ki, mərhumla vida və dəfn mərasimi yanvarın 16-da saat 11:00-da Hərbi Memorial Məzarlıqda (II Fəxri xiyaban) keçiriləcək.