45 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb

kCwKAeTXzOGDoNK7Hm1wISGjTYTQv1uFXNSH6eM5_1200

Abşeronda 45 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, 1981-ci il təvəllüdlü Usubov Elmidar Fikrət oğlu yanvarın 15-də axşam saatlarında “Yeni massiv” adlanan ərazidəki evində qızdırıcı sobadan ayrılan dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.