Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Rusiyada ağır cinayət törətmiş erməni vətəndaşlıqdan məhrum edildi

Posted on 16 Yanvar 202617 Yanvar 2026 By admin

Rusiyanın Saratov vilayətinin Marks şəhərində insanlara atəş açmaqda təqsirli bilinərək məhkum edilmiş erməniəsilli Rubik Akopyan Rusiya vətəndaşlığından məhrum edilib.

Bu barədə Rusiyanın regional İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, qərar məhkumun ağır cinayət törətdiyinə görə “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” qanuna əsasən qəbul edilib.

Xatırladaq ki, 2024-cü ilin noyabr ayının sonlarında Marksdakı Pobeda küçəsində “Toyota Land Cruiser” avtomobilini idarə edən Akopyan “Oka” avtomobilində olan iki kişiyə tapançadan yeddi dəfə atəş açıb. Onlardan biri aldığı yaralardan ölüb, digəri isə xəstəxanaya yerləşdirilib. R.Akopyan hadisə yerindən qaçsa da, tezliklə tutulub və 24 il müddətinə azadlıqdan məhrum edilib.

Dünya

Yazı naviqasiyası

Previous Post:  Abşeron dairəvi dəmir yolu üzrə qatarların hərəkət cədvəlində dəyişikliklər ediləcək
Next Post: Goranboyda 12 yaşlı yeniyetmə öldü
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme