Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Azərbaycanda tanınmış həkim vəfat etdi

Posted on 17 Yanvar 202617 Yanvar 2026 By admin

Azərbaycanda tanınmış həkim, tibb üzrə fəlsəfə doktoru, Tibb Universitetinin dosenti Ədalət Rüstəm yanvarın 16-da axşam saatlarında vəfat edib.

Ədəlat Rüstəmin yaxınları Oxu.Az-a bildiriblər ki, mərhum ürək çatışmazlığından vəfat edib:

“Bir müddət əvvəl ürəyinə kardiostimulyator qoyulmuşdu. Bir neçə gün öncə də qrip virusuna yoluxmuşdu, bu onun ürək fəaliyyətinə çox mənfi təsir göstərdi. Yanvarın 16-da axşam vəziyyəti qəfil kritikləşib və dünyasını dəyişib”.

Xatırladaq ki, o, 1961-ci ildə Naxçıvanın Şahbuz rayonunda doğulub. İxtisasca ümumi cərrah olub. O, Kliniki Tibbi Mərkəzdə çalışıb.

Qeyd edək ki, Ədalət Rüstəm Naxçıvan Muxtar Respublikası Şahbuz Rayonu Vergilər Xidmətinin rəisi Nazim Rüstəmovun qardaşıdır. Yanvarın 5-də isə onların anası dünyasını dəyişib.

Tanınmış həkim Ədalət Rüstəm vəfat etdi
Hadisə

Yazı naviqasiyası

Previous Post: Qaxda sakinlərin mal-qarasını dələduzluqla ələ keçirən şəxs saxlanıldı
Next Post: Sərnişin metroda vəfat edib.
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme