Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Qaxda sakinlərin mal-qarasını dələduzluqla ələ keçirən şəxs saxlanıldı

Posted on 17 Yanvar 202617 Yanvar 2026 By admin

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş müraciətlər əsasında həyata keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini ələ keçirən 31 yaşlı Elmin Sutayev saxlanılıb.

Xia.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.

Bildirilib ki, o, zərərçəkənlərin iri və xırdabuynuzlu mal-qarasını dələduzluq yolu ilə alıb, həmçinin rayon sakininə digər həqiqətə uyğun olmayan vədlər verib.

Faktla bağlı cinayət işi başlanılıb, E.Sutayev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Dələduzluqla Qax sakinlərinin mal-qarasını ələ keçirən şəxs HƏBS OLUNDU
Kriminal

Yazı naviqasiyası

Previous Post: Dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılıb.
Next Post: Azərbaycanda tanınmış həkim vəfat etdi
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme