Sumqayıt şəhərində mağazalardan oğurluq edən şəxs saxlanılıb
Sumqayıt şəhəri ərazisində gecə saatlarında naməlum şəxs iki mağazadan oğurluq edib. O, əməlini ört-basdır etmək üçün mağazaların birindən kamera görüntülərini də oğurlayıb.
Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı A.Xəlilov saxlanılıb.
Araşdırma aparılır.