Çində metallurgiya zavodunda partlayış olub.

nbksuhl2h1ihmcm_jr6brnop2z3z8zj21ideh_fh_nkupxuadyxtjhou4mvo6bcvozkf9gqve5q_cpawk214lywk9g1n5houkllgyj_nyld2f473wp8rq

Çinin Daxili Monqolustan muxtar rayonunun Baotou şəhərində yerləşən poladəritmə zavodunda baş verən güclü partlayış nəticəsində iki nəfər ölənlər, beş nəfər itkin düşüb.

Bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində daha 66 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onlardan üçünün vəziyyəti ağır qiymətləndirilir.

Qəzanın baş verdiyi müəssisə dünyanın ən iri polad istehsalçılarından biri olan “Baotou” Poladəritmə Şirkətinə məxsusdur. Sənaye qəzasının başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.