Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Bakı Metropoliteni məşhur şirkətlərdən yeni nəsil qatarlar alacaq

Posted on 21 Yanvar 202622 Yanvar 2026 By admin

“Bakı Metropoliteninin yeni nəsil qatarlar alması ilə bağlı danışıqlar son mərhələdədir”.

Bu məlumatı Oxu.Az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov verib.

O bildirib ki, müvafiq dövlət proqramına uyğun olaraq texniki şərtlərin hazırlanması prosesi yekunlaşmaq üzrədir:

“Ötən ildən etibarən dünyanın aparıcı istehsalçılarından olan Avropanın ən tanınmış “Stadler” və “Skoda”, Çin və Rusiyanın bir neçə tanınmış şirkətləri ilə müzakirələr aparılıb. Yaxın vaxtlarda texniki şərtlər təsdiqlənəcək və Bakı Metropoliteni yeni qatarları sifariş edəcək. Bu müqaviləyə uyğun olaraq cari ildə yeni qatarların istehsalına başlanılacaq”.

B.Məmmədov bildirib ki, 2030-cu ilə qədər Bakı Metropoliteni 299 ədəd müasir tipli vaqon almağı planlaşdırıb.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Polis narkotacirlərə kuryerlik edən şəxsləri ifşa etdi: FOTOLAR
Next Post: Qardaşı evinə qonaq gələn şəxs dəm qazından zəhərlənərək ölüb
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme