Yolun buzlaşması qəzaya səbəb oldu
Hazırda Yasamal rayonu, Kənar dairəvi yolun hər iki istiqamətində buzlaşma səbəbindən nəqliyyatın hərəkətində çətinlik yaranıb.
Xia.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumatı yayıb.
Bilidirilib ki, yolun buzlaşması səbəbi ilə yol-nəqliyyat hadisəsi baş verib.
Hazırda nəqliyyat vasitələrinin hərkətinin bərpa edilməsi üçün yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

