Azərbaycanlı hakim Ermənistan millisinin oyununa təyinat aldı

pXnvHHZsnzBIXv18kUUbzRxhOhb2mnsZFnvDN5EK_1200

Azərbaycanlı futzal hakimi Hikmət Qafarlı Ermənistan – Ukrayna oyununa təyinat alıb.

Xia.Az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.

Bildirilib ki, o, görüşün taymkiperi kimi hakimlər briqadasına kömək edəcək.

Qeyd edək ki, bu, həm də FIFA referisinin Avropa çempionatının final mərhələsinə ilk təyinatıdır.