Bir uşaq qidasında ÇİRKLƏNDİRİCİ aşkarlandı
İsveçrədən ölkəmizə idxal edilən “Hochdorf Swiss Nutrition Ltd” müəssisəsinin “Swissneo 1” əmtəə nişanlı məhsulunun 09.10.2025-09.10.2027-ci il istehsal və son istifadə tarixli partiyasında nöqsanlar aşkarlanıb.
Xia.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, uşaq qidasında “Sereulid” çirkləndiricisinin aşkarlanması ilə bağlı Avropa İttifaqının “Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi” (RASFF) vasitəsilə AQTA-ya bildiriş daxil olub.
Bildiriş əsasında dərhal araşdırmalara başlanılıb və məhsulun həmin partiyasının dövriyyəyə buraxılmasının qarşısı alınıb.

