Gənc oğlan dəm qazından boğuldu
Bakıda 25 yaşlı şəxs dəm qazından boğulub.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.
Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü Əhmədəli Sahib oğlu Əhmədzadə yaşadığı Yasamal rayonu, Mirzə Cabbar Məmmədzadə küçəsində yerləşən evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.