Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Səlim Müslümovla Vilyam Hacıyevin əmlakları satışda: 650 minlik mənzillər və avtomobillər

Posted on 22 Yanvar 202623 Yanvar 2026 By admin

Milyonlarla manat mənimsəmə ittihamı ilə məhkum olunmuş sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun və İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyevin müsadirə edilmiş əmlakları satışa çıxarılıb.

Xia.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, əmlakların ümumi qiyməti 650 min manat təşkil edir.

Hərraca aşağıdakı əmlaklar çıxarılıb:

Səlim Müslümova məxsus 2 ev:

– Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospektində mənzil – qiyməti 350 min manat;

– Eyni prospektdə başqa mənzil – qiyməti 140 min manat.

Vilyam Hacıyevin həyat yoldaşı Cülyetta İbrahimova və oğlu Məhəmməd Hacıyevin adına rəsmiləşdirilmiş 4 minik avtomobili:

– “Bentley Continental GT” – 65 min manat;

– “Range Rover” – 56 min manat;

– “BMW 740i” – 23 min manat;

– “BMW X5” – 16 min manat.

Səlim Müslümovla Vilyam Hacıyevin əmlakları satışda: 650 minlik mənzillər və avtomobillər

56 min manat qiymət qoyulan “Range Rover”i Məhəmməd Hacıyev sürürdü. Həmin vaxt avtomobilin qiyməti 100 min manatdan artıq idi.

Qeyd edək ki, həm Səlim Müslümov, həm də Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilmişdilər. Dövlətə dəymiş ziyanı tam ödədiyindən Müslümova 11 il şərti, Hacıyevə isə 8 il 6 ay real həbs cəzası verilib. Yuxarıdakılardan əlavə, hər iki məhkumun bir neçə əmlakı da dövlətə dəymiş ziyanın əvəzi olaraq müsadirə olunub.

Kriminal

Yazı naviqasiyası

Previous Post: Xankəndidə avtoxuliqanlıq edən şəxs həbs olundu
Next Post: DİM qəbul və buraxılış imtahanlarının vaxtını açıqladı
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme