Samuxda qəssab kəsici-deşici alətdən xəsarət alıb

1625636825_80bed4df-7364-34b7-b28f-2b9415f47c3c_850

Samux sakini kəsici-deşici alətlə alınan xəsarətlə Gəncə şəhərində xəstəxanaya yerləşdirilib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, xəsarət alan şəxs Muraz İmranovdur.

İlkin məlumata görə, hadisə Samuxun Qarayeri qəsəbəsində qeydə alınıb.

Məlumat üçün bildirək ki, M. İmranov qəsəbədə qəssab kimi çalışır.

Faktla bağlı araşdırma aparılır.