Samuxdakı ağır qəzada yaralanan şəxslərin vəziyyəti açıqlanıb

download

Samuxda baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin vəziyyəti açıqlanıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Samux Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə bu gün saat 9 radələrində 3 nəfər (qadın) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.