Sürücü sükan arxasında vəfat edib.

download

Sumqayıtda sürücü sükan arxasında ölüb.

Xia.Az “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Quba avtomobil yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsünün halı anidən pisləşib və o, maşını yol kənarına çəkib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Sükan arxasında sürücünün meyiti aşkarlanıb.