Ağcabədidə bir yaşlı uşaq xəstəxanada öldü
Ağcabədi rayonunda bir yaşlı körpə xəstəxanada ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə yanvarın 25-i saat 17 radələrində baş verib.
Rayonun Rəncbərlər kənd sakini 2025-ci il təvəllüdlü Z.Q. epilepsiya xəstəliyi ilə bağlı xəstəxanaya hospitalizasiya olunub.
Həkimlərin səylərinə baxmayaraq, körpə xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.