Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Ceyhun Bayramovla Gideon Saar arasında geniştərkibli görüş keçirilib

Posted on 26 Yanvar 202626 Yanvar 2026 By admin

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla israilli həmkarı Gideon Saar arasında geniştərkibli görüş baş tutub.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər siyasi dialoq, enerji, ticarət, investisiyalar, təhsil, mədəniyyət, müdafiə və təhlükəsizlik də daxil olmaqla bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Onlar tərəfindən həmçinin əməkdaşlıq üçün yeni yolların araşdırılmasında qarşılıqlı maraqlar vurğulanıb.

Nazirlər, həmçinin beynəlxalq və regional əhəmiyyətli məsələlərə toxunublar.

Onlar öz regionlarında və ondan kənarda sülhə, inkişafa və rifaha töhfə verməyin vacibliyini qeyd ediblər.

Hər iki nazir Azərbaycan-İsrail tərəfdaşlığını daha da dərinləşdirmək əzmində olduqlarını bildiriblər.

Siyasət

Yazı naviqasiyası

Previous Post: Dövlət əleyhinə çağırışlar etməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Next Post: İcra başçısı iki şöbə müdirini İŞDƏN ÇIXARDI
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme