Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Naftalan Şəhər Mərkəzi Xəstəxanası cərimə olundu

Posted on 29 Yanvar 202629 Yanvar 2026 By admin

Naftalan Şəhər Mərkəzi Xəstəxanası inzibati qaydada cərimə olunub.

Xia.az “Teleqraf”a istinadən xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi səhiyyə ocağı ilə bağlı protokol tərtib edib.

Protokola səbəb xəstəxanada təhlükəsizlik və bir sıra tələb olunan qaydalara əməl olunmamasıdır.

Məsələ burasındadır ki, 2025-ci ildə də Naftalan Şəhər Mərkəzi Xəstəxanasında yoxlama tədbirləri keçirilib və problemlərin aradan qaldırılması üçün zaman verilib. Ötən bir il ərzində qeyd olunan nöqsanlar aradan qaldırılmayıb.

Məhkəmə qərarı ilə Naftalan Şəhər Mərkəzi Xəstəxanası beş min manat məbləğində cərimə olunub.

Qeyd edək ki, Naftalan Şəhər Mərkəzi Xəstəxanasının direktoru Samir Allahverdiyevdir.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Mikayıl Cabbarov Sezar Çöçelli ilə görüşüb
Next Post: İlham Əliyevdən Şahin Bağırovla bağlı sərəncam
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme